“Məşğulluq marafonu”na 163 işəgötürən qoşularaq 600-ə yaxın vakansiya təqdim edib

2021.06.29 17:40 (UTC+04:00)

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başlanılan “Məşğulluq marafonu”na Bakı və ölkəmizin bölgələri üzrə 163 işəgötürən qoşulub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, işəgötürənlərin 89-u xidmət, 54-ü emal, 16-sı kənd təsərrüfatı, 4-ü tikinti sahələri üzrə fəaliyyət göstərir. Onlar tərəfindən elektron sistemə 587 vakansiya təqdim edilib.
Təqdim edilən vakansiyalar üzrə şəhid ailələrinin üzvlərinə, müharibədə yaralanmış qazilərimizə iş yerləri ilə təmin olunmaları üçün göndəriş verilir.

Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!