İyunun 30-da Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development (EBRD)) 30-cu İllik toplantısı başlayır. Tədbirdə COVID-19 pandemiyasının təsirləri və iqtisadiyyatın bərpası istiqamətində müəyyənləşdirilmiş hədəflər barədə məlumat veriləcək.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Ölkəmiz EBRD ilə uğurlu əməkdaşlıq edir. Bank tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 177 layihə üzrə 3 milyard avrodan çox investisiya yatırılıb. Toplantı ərəfəsində EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterink və həmkarları ilə Azərbaycan və maliyyə qurumu arasında tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının reallaşdırılmasında bankın iştirakı barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.