Azərbaycan 5 ayda ən çox İtaliyaya məhsul göndərib

2021.06.29 11:17 (UTC+04:00)

Cari ilin yanvar-may aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, 5 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Hindistan qərarlaşıb. İtaliyaya ixracın dəyəri 2 milyard 730,9 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 207 milyon dollar, Hindistana isə 350,1 milyon dollardır.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 2 milyard 886,3 milyon dollar, Türkiyə ilə 1 milyard 867,4 milyon dollar, Rusiya ilə 1 milyard 59,3 milyon dollar təşkil edib.