Azərbaycan mayda 1,9 milyard dollarlıq ticarət əməliyyatları aparıb

2021.06.29 10:22 (UTC+04:00)

May ayında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 1 milyard 926,9 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi dəyərinin 863,9 milyon dolları idxalın, 1 milyard 62,9 milyon dolları isə ixracın payına düşüb.