Azərbaycan neftinin qiyməti 77 dollara çatır

2021.06.26 12:55 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 76,77 dollar təşkil edib.

Qeyd edək ki, bu göstərici son 2 ildə “Azeri Light” neftinin maksimum qiymətidir.
Ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi.

Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.