ВMT-nin Baş katibi Antoniu Quterriş Avropa Parlamentindəki çıxışında bildirib ki, zənginlik vergisinin tətbiqi pandemiyadan sonrakı dövrdə dünyanın sosial-iqtisadi bərpasına kömək edə bilər: “Hazırkı dövrdə, cəmi bir il ərzində dünyadakı ən zəngin insanların sərvəti 5 trilyon dollar həcmində artıb. Təkrar edirəm, mənim hökumətlərə çağırışım sosial-iqtisadi bərpanı maliyyələşdirmək üçün varlı insanlardan, eləcə də pandemiyadan mənfəət əldə etmiş şəxslərdən həmrəylik vergisinin və ya zənginlik vergisinin tutulmasının nəzərdən keçirilməsidir”.
BMT-nin Baş katibi qeyd edib ki, pandemiya nəticəsində yüz milyonlarla insanın vəziyyəti yoxsulluq həddindən aşağı səviyyəyə düşüb, ayrı-ayrı ölkələr iflas təhlükəsi ilə üz-üzə gəlib: “Yer kürəsinin əhalisinin yarısı zəruri səhiyyə xidmətlərindən istifadə edə bilmək imkanında deyil”.