Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası gəlirlər 24 milyard 681 milyon 734,6 min manat, xərclər 26 milyard 416 milyon 297,5 min manat məbləğində olmaqla təsdiq edilib.
Bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir.