Neftçala Sənaye Məhəlləsində yeni rezident

2021.06.25 17:18 (UTC+04:00)

“Aqroplanet” MMC-yə Neftçala Sənaye Məhəlləsinin rezidenti statusu verilib.

Yeni rezident Neftçala Sənaye Məhəlləsinin ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə orqanik maye gübrələr istehsal edəcək. İldə 700 ton məhsul istehsal etmək gücündə olacaq müəssisədə 56 iş yeri yaradılacaq.

Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsi dövlət başçısının 2 fevral 2015-ci il tarixli Sərəncamı ilə yaradılıb. 10 hektar ərazini əhatə edən Sənaye Məhəlləsində avtomobil, kənd təsərrüfatı avadanlığı, metal konstruksiyalar, yem, suvarma sistemləri, polietilen suvarma boruları, elektrod istehsalı, balıq emalı və s. müəssisələr fəaliyyət göstərir.