Keçən ay avtomobil nəqliyyatı ilə ölkədən 161,1 min ton yük göndərilib

2021.06.25 17:46 (UTC+04:00)

May ayında Azərbaycandan avtomobil nəqliyyatı ilə 161 min 136 ton yük ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ay ərzində bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi isə 215 min 318 ton olub.