Dövlət Vergi Xidmətindən bildirilir ki, fiziki şəxslər tərəfindən mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetrədək hissəsi istisna olmaqla hər kvadratmetri üçün 15 manat sadələşdirilmiş vergi hesablanmalı, yaşayış sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq olunmaqla notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları tərəfindən bir bank günü ərzində dövlət büdcəsinə ödənilməlidir.
Əsaslandırılma: Vergi Məcəlləsinin 150.3-1-ci, 220.8-ci maddələri.