Azərbaycanın xaricə təbii qaz satışı 32 faiz artıb

2021.06.25 14:04 (UTC+04:00)

Cari ilin ilk 5 ayında Azərbaycandan xaricə təbii qaz satışı təxminən 7,4 milyard kubmetr təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32 faiz çoxdur.

Energetika Nazirliyindən bildirilib ki, bu ilin yanvar-may aylarında Türkiyəyə təqribən 4,2 milyard kubmetr, Avropaya təqribən təxminən 2,1 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib.

Həmin dövrdə “Bakı-Tbilisi-Ceyhan” boru kəməri sisteminə 43,2 milyon kubmetr qaz verilib.