Beş ayda “Azəri-Çıraq-Günəşli”dən 9,5 milyon ton neft hasil olunub

2021.06.25 13:12 (UTC+04:00)

Cari ilin yanvar-may aylarında Azərbaycanda 14,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 918,7 min ton az olub.

Energetika Nazirliyindən bildirilib ki, respublika üzrə neft hasilatının 9,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.