Cari ilin may ayında ailə başçısını itirməyə görə 195 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, onlardan 141 min nəfərdən çoxu pensiya, 53 min nəfərdən çoxu isə müavinət alıb.