Cari ildə Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 375 milyon dollar olub

2021.06.24 17:02 (UTC+04:00)

Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi bu ilin ilk 5 ayında 375 milyon dollar təşkil edib.

Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

M.Musayev qeyd edib ki, ötən il isə iki ölkənin ticarət dövriyyəsi 771,5 milyon dollar olub.