Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradılıb

2021.06.24 17:15 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın Ticarət və Sənaye Palatası arasında iyunun 24-də Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında saziş imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov imzalayıblar.