Sahibkarların imkanları genişləndirilir

2021.06.24 15:39 (UTC+04:00)

Azərbaycanda sahibkarlar üçün vahid elektron ticarət (b2bask.az) və elektron aqrar (b2bagro.az) platformaları yaradılıb. Azərbaycan Sahibkarlar Konfederasiyasından bildirilib ki, hazırda platformalara sahibkarların məhsullarının yüklənilmə prosesinə başlanılıb.

Bu platformalar ölkədə ilk B2B platformalar olaraq, yerli və xarici şirkət və sahibkarların məhsullarını yerli və MDB ölkələrinin bazarlarında onlayn tanıtımı və satışına hərtərəfli dəstək göstərmək, alıcı və partnyor, təchizatçı və diler tapmaqda kömək etmək məqsədi daşıyır.