May ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 1,67 milyon vahid təşkil edib

2021.06.24 12:25 (UTC+04:00)

2021-ci ilin may ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 3 458 vahid və ya 0,2 faiz artaraq 1,67 milyon vahid təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 805 vahid, fiziki şəxslər üzrə 2 420 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 233 vahid artıb.