Bitki və heyvan mənşəli piylər və yağların ixracı artıb

2021.06.23 16:14 (UTC+04:00)

Yanvar-may aylarında 11 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, qeyd edilən dövrdə ixrac edilən piy və yağların dəyəri 13,8 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 9,6 milyon dollarlıq 9589 ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib.