Plastmas və onlardan hazırlanan məmulatların ixracı artıb

2021.06.23 15:33 (UTC+04:00)

Yanvar-may aylarında 153,2 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac olunan plastmas və onlardan hazırlanan məmulatların dəyəri 144 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 75,4 milyon dollar dəyərində 103,6 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.