Cari ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 8 milyard 235,4 milyon manat, xərcləri isə 7 milyard 528 milyon manat olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, daxilolmaların 19,73 faizi əlavə dəyər vergisi, 18,06 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,02 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,61 faizi fiziki şəxslərin gəlir vergisi, 4,08 faizi aksizlər, 1,32 faizi sadələşdirilmiş vergi, 1,73 faizi vergilərin digər növləri, 45,45 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.