Rusiya Federasiyası həm daxili, həm də dünya bazarındakı prosesləri nəzərə alaraq kənd təsərrüfatı malları üçün çevik ixracat vergisinin tətbiqini davam etdirir. Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bir ton buğda üçün ixracat vergisinin dərəcəsi iyunun 23-dən 38,1 dollara qaldırılıb. Bu vergi dərəcəsi iyunun 29-dək qüvvədə olacaq.
Xatırladaq ki, 2-8 iyun tarixləri arasında bir ton buğda üçün ixrac vergisi 28,1 dollar müəyyənləşdirilmiş, 9-16 iyun tarixlərini əhatə edən həftədə 29,4 dollara, 17-22 iyun tarixlərini əhatə edən isə həftədə 33,3 dollara qaldırmışdı.
İyunun əvvəlindən bəri bir ton arpa üçün müəyyənləşdirilmiş verginin məbləği ayın 29-dək sabit saxlanılıb: 39,6 dollar.
Bir ton qarğıdalı üçün 23-29 iyun tarixləri arasında ixracat vergisinin dərəcəsi 50,2 dollar olacaq. Bu rəqəm 2-8 iyun tarixləri arasında 52,2 dollar, 9-16 iyun tarixləri arasında 50 dollar, 17-22 iyun tarixləri arasında isə 48,2 dollar müəyyənləşdirilmişdi.
Rusiya hökumətindən bildirilib ki, buğda, arpa və qarğıdalı üçün tətbiq olunan ixrac vergisinin dərəcəsinə bundan sonra da hər həftə yenidən baxılacaq.