Cari ilin yanvar-may aylarında 23,9 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 57,9 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ilin eyni dövründə 31,5 milyon dollarlıq 17,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.