Bu ilin ilk 5 ayında fəaliyyəti aktivləşmiş hüquqi şəxslərin sayı 4676 vahid təşkil edərək ötən ilin müvafiq dövrünə nisbətən 9,8 faiz artıb.
Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayında isə müvafiq olaraq 14,8 faizlik artım müşahidə edilir.
Hesabat dövründə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayında ötən illə müqayisədə 1 faiz azalma qeydə alınıb. Bu azalma, həmçinin, fəaliyyəti passivləşmiş ƏDV ödəyicilərinin sayında da (4,6 faiz) müşahidə olunur.