Beş ayda Azərbaycana 6623 çeşiddə məhsul gətirilib

2021.06.23 10:50 (UTC+04:00)

Yanvar-may aylarında Azərbaycana 6623 çeşiddə məhsul idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edək ki, beş ayda Azərbaycanda idxal əməliyyatlarının dəyəri 4 milyard 392,8 milyon ABŞ dolları olub.