İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC - International Finance Corporation) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru xanım Vibke Şlömer ilə görüşüb.
Bu barədə nazir Mikayıl Cabbarov məlumat yayıb.
“Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru xanım Vibke Şlömer ilə əməkdaşlığın inkişafı perspektivlərini, özəl sektorun iqtisadiyyatda rolunun artırılması və dövlət-özəl tərəfdaşlığının təşviqi istiqamətində investisiya-məsləhət xidmətlərinin genişləndirilməsi məsələlərini müzakirə etdik”, - deyə nazir qeyd edib.