Qeydiyyatdan keçmiş 4573 kommersiya qurumundan 4214-ü yerli investisiyalıdır

2021.06.22 17:33 (UTC+04:00)

Cari ilin ilk 5 ayı ərzində ilkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 910 hüquqi şəxsin ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib ki, bu da ümumi qeydiyyatın 20 faizi deməkdir.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən verilən məlumata görə, yanvar-may aylarında qeydiyyatdan keçmiş 4573 kommersiya qurumundan 4214-ü yerli investisiyalı, 359-u isə xarici investisiyalı qurumlardır.

Yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 56,1 faiz artıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91,7 faiz təşkil edib.