Dövlət Vergi Xidməti: Qeydiyyatdan keçmiş kommersiya qurumlarının sayı 27,2 faiz artıb

2021.06.21 15:52 (UTC+04:00)

Bu ilin ilk 5 ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz artıb.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, cari il iyunun 1-nə respublika üzrə uçotda olan 1 milyon 260 min 629 vergiödəyicisinin 87,7 faizi fiziki, 12,3 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 16,5 faiz artıb ki, bunun da 94,3 faizi fiziki, 5,7 faizi isə hüquqi şəxslərin hesabına baş verib.