Cari ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 531 milyon manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 52,4 milyon manat təşkil edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Beş ayda bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 111 faiz və 109,6 faiz təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,6 faiz və 15,9 faiz artıb”, - deyə nazir diqqətə çatdırıb.