Mikayıl Cabbarov: Beş ayda dövlət büdcəsinə vergi daxilolmaları 3,8 milyard manatdan çox olub

2021.06.21 14:45 (UTC+04:00)

İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir. Bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 milyard manatdan çox olub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, daxilolmalar üzrə proqnoz 127,1 faiz icra edilib. Artım əsasən qeyri-neft-qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 milyard 754 milyon manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 milyon manat ödənilib.