Yanvar-may aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 2 ton 61,4 kiloqramı gümüşün payına düşüb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu göstərici keçən ilin müvafiq ayları ilə müqayisədə 16,3 faiz artıb.
Cari il iyunun 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 287,7 kiloqram təşkil edib.