Mayda dəniz nəqliyyatı ilə 80,7 milyon dollarlıq yük daşınıb

2021.06.21 12:00 (UTC+04:00)

May ayında dəniz nəqliyyatı ilə ümumilikdə 54 min 344 ton yük daşınıb ki, bu yüklərin dəyəri 80,7 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 30 min 335 ton yükün dəyəri 17,6 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 24 min ton, dəyəri isə 63,1 milyon dollardır.