Cari ildə ölkədə 1,4 ton qızıl istehsal olunub

2021.06.19 14:45 (UTC+04:00)

Yanvar-may aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 1 ton 444,6 kiloqramı qızılın payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, bu göstərici ötən ilin müvafiq ayları ilə müqayisədə 0,8 faiz çoxalıb.

İyunun 1-nə olan vəziyyətə əsasən, 319,6 kiloqram hazır qızıl ehtiyatı var.