Azərbaycanın iqtisadi perspektivləri Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaradır

2021.06.19 11:27 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri kimi səlahiyyət müddəti başa çatan xanım İvana Duarte ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə EBRD ilə əlaqələrin inkişafına önəm verildiyi və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən İ.Duarte ölkəmizin iqtisadi perspektivlərinin əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaratdığını və EBRD-nin dəstəyi ilə bir sıra layihələrin həyata keçirildiyini qeyd edib.

İqtisadiyyat naziri Azərbaycan-EBRD əlaqələrinin inkişafına töhfələrinə, reallaşdırılan layihə və təşəbbüslərə görə İ.Duarteyə minnətdarlığını bildirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.