Azərbaycan yanvar-may aylarında ən çox Rusiyadan məhsul idxal edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, 5 ayda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 767,9 milyon ABŞ dolları, Türkiyədən 660,4 milyon dollar, Çindən isə 556,9 milyon dollar olub.