İşğaldan azad edilmiş ərazilərdə 13 min 307 əmlakın inventarlaşdırma işləri tamamlanıb

2021.06.18 18:01 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə 10 min 483 daşınmaz əmlak və 2824 infrastruktur obyekti olmaqla, 13 min 307 əmlakın inventarlaşdırma işləri tamamlanıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Eyni zamanda, 1525 kilometr avtomobil yolunun, 292 kilometr elektrik təchizatı xəttinin, 45 kilometr qaz təchizatı və 19 kilometr su təchizatı xəttinin, o cümlədən 249 kilometr suvarma şəbəkəsinin inventarlaşdırma işləri başa çatıb”, - deyə nazir bildirib.