İqtisadiyyat Nazirliyi Türkiyənin aparıcı şirkətlərindən olan “Zorlu Holding”lə anlaşma memorandumu imzalayıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, yeni əməkdaşlıq platforması Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşuna, qardaş ölkə ilə iqtisadi əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək. Həyata keçiriləcək layihələr müasir texnologiyaların tətbiqinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına əlavə imkanlar yaradacaq.