Bu ilin beş ayında 732,6 min şəxsə sosial müavinət və təqaüd ödənilib

2021.06.18 12:20 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 732,6 min şəxsə sosial müavinət və Prezidentin aylıq təqaüdləri ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 437,4 mini aylıq və birdəfəlik sosial müavinətlə, 295,2 mini Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

Həmin müavinət və təqaüdlər üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz və ya 26,2 milyon manat çox olmaqla, 420,1 milyon manat ödənilib.