Ümumi inşaat işlərinin 87 faizini özəl tikinti müəssisələri görüblər

2021.06.18 12:00 (UTC+04:00)

2021-ci ilin yanvar-may aylarında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 752,5 milyon manatı (90 faizi) Birləşmiş Krallığa, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Virgin adaları, Norveç, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 60 faizini tikinti, yenidənqurma və genişləndirmə, 13,7 faizini əsaslı təmir, 7,1 faizini cari təmir, 19,2 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 87 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.