Bu il iyunun 1-dək metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 337,6 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, metallurgiya sənayesi məhsullarının istehsalında 2,4 faiz artım, hazır metal məmulatlarının istehsalında isə 4,7 faiz azalma müşahidə olunub.
Həmçinin həmin dövr ərzində sahə üzrə 10 min 204,6 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.