Yaponiya anti-dempinq vergisinə görə Çindən DTT-yə şikayət edib

2021.06.18 13:05 (UTC+04:00)

Çin 2019-cu ilin iyul ayından bəri paslanmayan polad məhsullarına tətbiq etdiyi anti-dempinq vergisinin, bu verginin 29 faiz dərəcəsinə qədər artan tariflərinin beynəlxalq ticarət qanunvericiliyinə zidd olduğunu əsas gətirərək Yaponiya Dünya Ticarət Təşkilatına (DTT) şikayət edib. Yaponiya hökuməti Çin rəsmilərinin səhv yanaşması sayəsində anti-dempinq tədbirinin “Tariflər və ticarət üzrə ümumi sazişə” uyğun olmadığını iddia edir.

Qeyd edək ki, Çin 2019-cu ilin iyul ayında Yaponiya, Koreya, İndoneziya və Avropa İttifaqından idxal edilən paslanmaz polad məhsullarının yerli istehsala mənfi təsir göstərdiyini əsas gətirərək anti-dempinq vergisini tətbiq etməyə başlayıb. Yaponiya bunun beynəlxalq ticarət qaydalarına zidd olması ilə bağlı DTT qarşısında bir neçə dəfə məsələ qaldırsa da, problem indiyədək həll edilməyib.

Yaponiyadan Çinə paslanmaz polad ixracının illik dəyəri 70 milyard Yaponiya yenidir (1 milyard manat). Bu rəqəm daxilində anti-dempinq tələbinə aid məhsulların dəyəri isə 9,2 milyard Yaponiya yeni (142 milyon manat) təşkil etməkdədir.