Beş ayda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 373,6 milyon dollar olub

2021.06.16 16:52 (UTC+04:00)

Yanvar-may aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 373,6 milyon dollar olub.

Ukrayna Dövlət Statistika Komitəsindən bildirilib ki, 5 ayda Azərbaycan bu ölkəyə 196 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 177,6 milyon dollar olub.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 771,5 milyon dollar olub, bu da pandemiya ilə əlaqədar olaraq 2019-cu illə müqayisədə 36,5 milyon dollar azdır.

Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.