Dövlət Vergi Xidmətindən bildirilir ki...
- aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:
• vergi ödəyicisinin razılığı ilə aşkar edilən;
• vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında (VÖEN)
• müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;
• vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında;
• vergi ödənişləri üzrə borclar;
• hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla);
• vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında;
• vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında);
• vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında.
Əsaslandırma: Vergi Məcəlləsinin 30.2-ci, 30.2.1-30.2.9-cu maddələri.