Birinci rübdə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 4,9 milyon dollar, xalis maliyyə öhdəlikləri isə 207,6 milyon dollar azalıb.
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri birbaşa dövlət kreditləri (80,6 milyon dollar), dövlət təminatlı kreditlər (20,9 milyon dollar), bank sektorunun kreditləri (3,5 milyon dollar), neft-qaz sektorunun kreditləri (58,8 milyon dollar), firmaların və digər müəssisələrin kreditləri (43,8 milyon dollar) hesabına azalıb. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 454,9 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 49,9 milyon dollar azalıb.