Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 76,2 milyon dollar artıb

2021.06.14 19:50 (UTC+04:00)

Bu ilin üç ayında portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 76,2 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 1,1 milyon dollar azalıb, nəticədə 77,3 milyon dollar mənfi saldo yaranıb.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən dövlət sektorunun hesabına artıb, öhdəliklər isə neft-qaz sektorunun hesabına azalıb.