Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1,4 milyard dollar olub.
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 89,2 faiz təşkil edib. 2021-ci ilin I rübü üzrə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-28,5 milyon dollar) azalması cəlb olunmuş investisiya ilə (1249,4 milyon dollar) kapitalın repatriasiyası (1277,9 milyon dollar) arasındakı fərqdən formalaşır.
Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 151,5 milyon dollar (36,1 faiz azalma) olub.