Xalis maliyyə aktivləri 524,4 milyon dollar artıb

2021.06.14 17:22 (UTC+04:00)

2021-ci ilin I rübü üzrə ölkənin xalis maliyyə aktivləri 524,4 milyon dollar artıb.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (106,2 milyon dollar), portfel investisiyaları (76,2 milyon dollar) və digər investisiyalar (342 milyon dollar) hesabına formalaşıb. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 538,8 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (121,3 milyon dollar), neft bonusu (450,5 milyon dollar), portfel investisiyaları (-1,1 milyon dollar) və digər investisiyalar (-31,9 milyon dollar) hesabına formalaşıb.