2021-ci ilin I rübü üzrə cari əməliyyatlar hesabının profisiti 627,7 milyon dollar və ya ÜDM-in 5,6 faizini təşkil edib (2020-cu ilin I rübü üzrə 646,3 milyon dollar profisit olub).
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, neft-qaz sektoru üzrə CƏB (Cari əməliyyatlar balansı) profisiti ötən ilin müvafiq dövrünə nəzərən 19,9 faiz azalaraq 1,9 milyard dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 26,1 faiz azalaraq 1,3 milyard dollar məbləğində olub.