“Embafinans” QSC-nin istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə keçiriləcək

2021.06.12 10:59 (UTC+04:00)

İyunun 17-də “Embafinans” QSC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

BFB-dən bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 1500 ədəd, nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10,5 faiz, tədavül müddəti 1il, ticarətə buraxılma tarixi iyunun 17-dir. Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Qeyd edək ki, iyunun 4-də Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSC-nin ümumi dəyəri 1 milyon 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.