Malların ixrac qeydi ilə satışı qaydası və vergitutma məsələləri

2021.06.11 13:45 (UTC+04:00)

İyulun 3-də Şamaxı rayonunda “Malların ixrac qeydi ilə satışı qaydası və vergitutma məsələləri” mövzusunda təlim keçiriləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib ki, təlim İİTKM-in nəzdində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Kapital Bankın birgə təşkilatçılığı ilə təşkil olunacaq. Təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcək.

Qeyd edilən link https://bit.ly/358W6wH vasitəsilə qeydiyyatdan keçən şəxslər təlimin gündəliyi ilə tanış ola bilərlər.