Əsas kapitala yönəldilən vəsaitin 67 faizi tikinti-quraşdırma işlərinə xərclənib

2021.06.11 12:38 (UTC+04:00)

Bu ilin ilk 5 ayında əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 960,8 milyon manatını və ya 60,3 faizini daxili vəsaitlər təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 287,1 milyon manatı və ya 67 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,5 faiz, büdcə vəsaitləri 18,1 faiz, bank kreditləri 6 faiz, əhalinin şəxsi vəsaitləri 6,9 faiz, digər vəsaitlər isə 7,5 faiz təşkil edib.